представитель МИД РФ Мария Захарова
RF XİN və Azərbaycan bir-birinə �iltifatlar� yağdırıb
Bakı/16.02.18/Turan: İlham Əliyevin hakim partiyanın qurultayında səsləndirdiyi fikirlər gərginliyin azalmasına şərait yaratmır. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 15-də keçirilən brifinqdə Əliyevin Yerevan və Zəngəzurun tarixi Azərbaycan əraziləri olduğu və tarixi torpaqların qaytarılmasının Azərbaycanın strateji hədəfi olduğu barədə bəyanatını şərh edərkən bildirib.
"Moskvada, əlbəttə ki, Azərbaycan prezidenti İ.H.Əliyevin hakim partiyanın qurultayındakı çıxışı haqqında məlumatları görüblər. Yaxşı bilirik ki, Azərbaycanın qonşu Ermənistanla münasibətləri həddindən artıq gərgindir. Sözügedən ifadə açıq-aşkar gərginliyin azalmasına şərait yaratmır", deyə Zaxarova bildirib.
Bu şərh Bakının cavab reaksiyasına səbəb olub və bu gün Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Zaxarovanın sözləri Bakıda "anlaşılmazlıq" doğurub.
Ölkələrimiz arasında strateji tərəfdaşlığı nəzərə alaraq, dövlət başçısının bəyanatına bu cür münasibəti "yanlış hesab edirik", deyə Hacıyev bildirib.
"Azərbaycan prezidenti tarixi torpaqların qaytarılmasından deyil, Azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılmasından danışıb", deyə Azərbaycan XİN-in şərhində bildirilir. -02D-
-
- İqtisadiyyat
- 16 Fevral 2018 13:01
-
- Cəmiyyət
- 16 Fevral 2018 13:17
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz