Vagif Khachatryan
Vaqif Xaçatryan Meşəli kənd sakinlərinin kütləvi qətlində təqsirini inkar edir
Bakı/17.10.23/Turan: Bu gün Bakı Hərbi Məhkəməsində 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndinin sakinlərinin kütləvi qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə mahiyyəti üzrə dinləmələr başlayıb.
İclasın əvvəlində onun vəkili dəyişdirilib, belə ki, Natiq Bəybalayev müalicə üçün xaricə getməli olduğunu bildirib. Onun yerinə Radmilla Abdulova vəkil təyin edilib. Müttəhim vəkilin dəyişdirilməsinə etiraz etməyib.
Daha sonra ittiham aktı oxunub. Prokuror həmçinin Meşəli kənd sakinlərinə qarşı cinayətlərin törədilməsində ittiham olunan 30-a yaxın digər şəxsin adlarını açıqlayıb.
Xaçatryan irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. O, "azərbaycanlılara qarşı heç bir cinayətdə" iştirak etmədiyini iddia edir. Müttəhimin sözləri zalda qəzəb doğurub. İş üzrə 59 zərərçəkmiş keçir.
Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getmək istəyərkən "Laçın" sərhəd-buxarılış məntəqəsində saxlanılıb. Onun barəsində Azərbaycanda 1991-ci il 22 dekabr hadisələri ilə bağlı açılmış cinayət işi üzrə axtarış elan olunub. Həmin vaxt bir qrup silahlı erməni Xocalı rayonunun Meşəli kəndinə hücum edib.
Xaçatryan və onun silahdaşları 25 azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən sürgün edib.
Xaçatryan Azərbaycan CM-in 103 (soyqırım) və 107-ci (deportasiya və ya əhalinin zorla köçürülməsi) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. 06В
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz