Vitali Balasanyan Yerevanı xəyanətdə suçlamaqda davam edir
Bakı/17.10.19/Turan: "Qarabağ Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan oktyabrın 15-də mətbuat konfransı keçirib və yenidən rəsmi Yerevanı ciddi ittihamlara məruz qoyub.
Ermənistan KİV-in məlumatına görə, V.Balasanyan Nikol Paşinyanı "Qarabağ əleyhinə proqramların" keçirilməsində ittiham edib və bildirib ki, N.Paşinyan "torpağı vermək", Ermənistan-Rusiya münasibətlərini korlamaq, İranla sərhəddə Amerika qoşunlarını gətirmək və bununla da Ermənistan-İran münasibətlərərini pozmaq istəyir. Bütün bunlar Ermənistanın məhvinə səbəb olacaq, V.Balasanyan deyib.
Ermənistandakı müşahidəçilər V.Balasanyanın hərəkətini Ermənistan hökumətinə açıq çağırış kimi qiymətləndirirlər və onun dediklərilə bağlı Yerevandan müvafiq addımlar gözləyirlər.
İstənilən halda baş verənlər Qarabağ və Yerevan elitası arasında qarşıdurmanın açıq qaldığını göstərir.02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz