Azərbaycan Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi ilə əməkdaşlıqdan niyə imtina edir? – Rüfət Səfərov saat 16:00-da Çətin sualda
Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (İQK) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.
"Rəsmi bəyanat verməklə bağlı belə bir müstəsna qərarın səbəbi Azərbaycanın Komitə ilə əməkdaşlıqdan qəti imtinasıdır. Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. İQK səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək yönündə heç bir addım atmır", - bəyanatda deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) bəyanatını “əsassız və ədalətsiz” adlandırıb.
Bunu nazirliyin mətbuat katibi Ayxan Hacızadə Komitənin Azərbaycanla bağlı bəyanatına münasibət bildirərkən deyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos Azərbaycan hakimiyyətini Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (İQK) ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırıb.
Hüquq müdafiəçisi, Müdafiə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Çətin sual
-
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
-
Britaniyalı siyasi analitik Tomas de Vaal "Çətin sual" proqramına verdiyi müsahibədə sülh sazişi ətrafında gedən danışıqlar prosesindəki çətinliklərdən bəhs edərək, Azərbaycanın Ermənistan Konstitusiyasından Azərbaycan ərazilərinə olan iddiaların çıxarılması tələbinə toxunub.
-
İran İsrailə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri oktyabrın 1-də ölkə sakinlərini "sayıq olmağa və komandanlığın göstərişlərinə ciddi əməl etməyə" çağırıb.
-
“Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətli regionda, xüsusilə də İranda dərin şok effekti yaradıb və İran rəsmiləri sürətli və sərt cavab verəcəklərini bildiriblər. Hadisə İran daxilində geniş qınamalara və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub, bu da İranla İsrail arasında münaqişənin potensial olaraq daha da kəskinləşməsi ilə bağlı narahatlıqlar yaradır. Belə mühüm bir şəxsiyyətin, Nəsrullahın, aradan götürülməsi İranda xarici siyasət kursuna və ölkənin regional münaqişələrdə iştirakı ilə bağlı müzakirələrə səbəb olub.
Rəy yaz