Çinə qardaş, ABŞ-a yoldaş Azərbaycan?... – Əhməd Əlili Çətin sualda
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəddə həmçinin deyilir ki, Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Cozef Baydenə təbrik məktubunda deyilir. Məktubda deyilir ki, inanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Azərbaycan bu xarici siyasətlə hara gedir?
Siyasi analitik Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- Siyasət
- 4 İyul 2024 17:00
Çətin sual
-
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
-
Britaniyalı siyasi analitik Tomas de Vaal "Çətin sual" proqramına verdiyi müsahibədə sülh sazişi ətrafında gedən danışıqlar prosesindəki çətinliklərdən bəhs edərək, Azərbaycanın Ermənistan Konstitusiyasından Azərbaycan ərazilərinə olan iddiaların çıxarılması tələbinə toxunub.
-
İran İsrailə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri oktyabrın 1-də ölkə sakinlərini "sayıq olmağa və komandanlığın göstərişlərinə ciddi əməl etməyə" çağırıb.
-
“Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətli regionda, xüsusilə də İranda dərin şok effekti yaradıb və İran rəsmiləri sürətli və sərt cavab verəcəklərini bildiriblər. Hadisə İran daxilində geniş qınamalara və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub, bu da İranla İsrail arasında münaqişənin potensial olaraq daha da kəskinləşməsi ilə bağlı narahatlıqlar yaradır. Belə mühüm bir şəxsiyyətin, Nəsrullahın, aradan götürülməsi İranda xarici siyasət kursuna və ölkənin regional münaqişələrdə iştirakı ilə bağlı müzakirələrə səbəb olub.
Rəy yaz