Açıq mənbələrdən foto
Dövlət Statistika Komitəsi sosial təbəqələşmə səviyyəsi barədə susur - iqtisadçı
Dövlət Statistika Komitəsi sosial təbəqələşmə və milli gəlirin paylanması ilə bağlı səssizdir. Buna görə də Azərbaycanda sosial təbəqələşmənin dərinliyini hesablamaq mümkün deyil.
Komitə gəlirlərin əhali arasınıda bölgüsünün bərabərlik səviyyəsini əks etdirən göstəricini (Cini əmsalı) hesablamır. Onun ictimaiyyət üçün açıq olan saysız-hesabsız nəşrlərinin heç birində bu barədə məlumat yoxdur.
Cini əmsalında gəlirlərin qeyri-bərabərlik dərəcəsi əks olunur. "Bu əmsal "0"-a nə qədər yaxın olursa, gəlirlərin bərabər, "1"-ə nə qədər yaxın olursa, qeyri-bərabər bölündüyünü əks etdirir. Gəlirlərin bölüşdürülməsində bərabərlik nə qədər yüksək olsa, Gini əmsalı aşağıdır", - deyə iqtisadçı Rövşən Ağayev Turan-a bildirib və əlavə edib ki, ölkəmizdə belə ölçmələr aparılmır, cəmiyyətin təbəqələşmə dərəcəsinin statistik göstəricisi yoxdur.
Beynəlxalq təcrübədə istifadə olanan bərabərsizlikləri qiymətləndirmək, sosial dəyişiklikləri təhlil etmək üçün geniş istifadə olunan metodların olmaması halları hökumətin iqtisadi islahatları fonunda təsirli olur. Çünki yoxsulluq iqtisadi inkişafa mane olan problemlərdən biri hesab olunur. "Gəlir fərqi artırsa, iqtisadi artım azalır", - deyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədqiqatında məlumat verilir. BVF də eyni fikirdərir. Hesab edir ki, əgər ən zəngin insanların 20%-nin gəlirlərinin payı ümumi həcmdə artırsa, orta müddətli dövrdə iqtisadiyyatın artması azalacaq.
Eyni zamanda, rəsmi bəyanatlara əsasən, iqtisadi islahatlardan əldə olunan gəlirlər hesabına Azərbaycan hökuməti sosial rifahı artırmaq niyyətindədir. Bundan əlavə, savadlı sosial siyasətin həyata keçirilməsi rəsmi olaraq elan edilmiş islahatların prioritet istiqaməti hesab olunur, lakin faktiki olaraq ölkədə milli gəlirin paylanması barədə məlumatlar mövcud deyil. Buna görə artan ictimai rifah barədə bəyanatların əsasında hansı obyektiv hesablamaların durduğu, gələcək müzakirələrin hansı hansı hesablama mexanizmi ilə əsaslandırıldığı məlum deyil. "Ölkədə sosial təbəqələşmə əmsalı hesablanmırsa, demək ki, o sahədə nə peşəkarlıq var, nə də cəmiyyətin ehtyaclarına cavab verən effektiv sosial müdafiə siyasəti", - deyə Ağayev əmindir.
Sosial təbəqələşmə cəmiyyətdə bərabərsizliyin mövcudluğunu əks etdirir. O göstərir ki, təbəqələr (sosial məkanda oxşar xüsusiyyətləri olan insanlar qrupları) müxtəlif şəraitdə mövcuddur və insanların ehtiyaclarını ödəmək üçün bərabər imkanları yoxdur. Qeyri-bərabərlik cəmiyyətdə təbəqələşmənin mənbəyidir. Beləliklə, qeyri-bərabərlik hər bir təbəqənin nümayəndələrinin sosial rifaha çıxışında fərqlilikləri əks etdirir və təbəqələşmə təbəqələrin məcmuyu olaraq cəmiyyətin strukturunun sosioloji xüsusiyyətidir.-0-
Sosial sahə
-
Əvvəlki əsrlərdə uzunömürlülüyü əsas meyarları sağlam həyat tərzi, təbii və keyfiyyətli qida, təmiz hava kimi çoxsaylı amillər şərtləndirirdisə, hazırda dayanıqlı səhiyyə xidmətləri və innovativ texnologiyaların insan xəstəliklərinin erkən aşkaralaması nəticəsində insanların daha uzun ömür sürməsi imkanlarını meydana çıxarıb.
-
Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
-
Bu yaxınlarda Buzovna qəsəbə rəhbərliyi Azərbaycanın su ehtiyatlarının idarə edilməsi sistemində dərin kök atmış korrupsiyanı və təsərrüfatsızlığı simvolizə etmək üçün paslı zibil çəni şəklində abidə açıb. Quraşdırma qanunsuz kanalizasiya xətti üzərində torpaq çökməsindən sonra baş tutub, öz ardınca dəlik yaradıb və indi dörd yolun kəsişməsini işarələyir.
-
Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
Rəy yaz