- Söz istəyirəm
- 3 Oktyabr 2020, 14:00
- 124
Golos-ameriki.ru Rusiyanın təsiri altnda?
ATƏT-in MQ həmsədrləri olan ölkələrin prezidentlərinin Ermənistan Azərbaycan müharibəsinin dayandırılması haqqında dünənki bəyanatın Reuters tərəfindən saxtalaşdırılması barədə səhər yazmışdım. Yəni bəyanatda həmsədr ölkələrin prezidentlərinin Ermənistan və Azərbaycan rəhbərlərinə müraciətdindən söhbət getdiyi halda Reuters bəyanata Dağlıq Qarabağ ifadəsini əlavə etmişdi.
Bu məsələ ifşa olunduqdan sonra bir çox agentliklər bu saxtakarlığı redaktə etsə də təəssüf ki, Amerikanın səsi radiosunun rus redaksiyası nədənsə indiyə qədər bu düzəlişi etməyib. Amerikanın səsinin rus redaksiyasının saytında qeyd edilir ki, "США, Франция и Россия потребовали незамедлительного прекращения огня между Азербайджаном и силами этнических армян в Нагорном Карабахе, призвав стороны как можно скорее вернуться за стол переговоров".
Axı hər kəs, o cümlədən Amerikanın səsi də çox gözəl bilir ki, müharibə Azərbaycanla Dağlıq Qarabağın etnik erməni qüvvələri arasında deyil, Azərbaycanla işğalçı Ermənistan ordusu arasında gedir. İkincisi, belə bir ifadə Putin, Tramp və Macronun bəyanatında olmadığı halda, Amerikanın səsinin rus redaksiyası bunu haradan götürüb? Halbuki bu məsələ ətrafında spekulyativ hallara yol verildiyi üçün qeyd edilən bəyanatın doğru-dürüst mətni Kremlin, Ağ evin və Yelisey sarayının saytlarında qoyulub.
Bu halda, Amerika büdcəsindən maliyələşən və Ağ evin beş addımlığında yerləşən Amerikanın səsinin rus redaksiyası niyə təmsil etdiyi ölkənin rəsmi saytında yer alan bəyanatın əsl mətnini deyil, sənədin saxta mətnini yayır və prezidentlərin bəyanatında olmayan fikri onların adına yazır? Burada məqsəd nədir? Necə olur ki, belə təhriflər müxtəlif beynəlxalq agentliklərin daha çox rus redaksiyalarında baş verir?
-
- Siyasət
- 3 Oktyabr 2020 14:19
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz