Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey

Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey

Mətbuat və sosial şəbəkələr Təhsil Nazirliyi haqqında tənqidi məqalə və rəylərlə doludur. Neqativ fakt və münasibət həddini aşır və səngimək bilmir. Bütün hər şeydən - orta məktəb dərsliklərinin məzmunundan başlamış ali məktəblərdə tədrisin keyfiyyətinə qədər - narazılıq bildirilir. Lakn jurnalistlər Təhsil Nazirliyinin nümayəndələrinə öz fikrilərini bildirməyə imkan vermir, sözün düzü, sonuncular da heç də o qədər mikrofon qarşına çıxmaq arzusunda deyillər. "Turan" yaranmış aşkar boşluğu doldurmağı qərara alaraq Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehli ilə görüş barədə razılığa gəlib.

- Orta məktəbə xalq etimadı böhranının səbəbi nədir? Əgər bu, belə olmasa idi, valideynlər uşaqlarına repetitor tutmazdılar…

- Mən deməzdim ki, xalq məktəblərə heç inanmır, amma, doğruduг, problem həqiqətən mövcuddur. Nazirlik onu ardıcıl surətdə həll edir. Əmək haqqı az olan yazıq müəllimə nə deyəsn? Layiqli və savadlı müəllimlər daha çox maaş alsın deyə 2015-ci ildə Bakı və 12 rayonda məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib. Müəllimlər peşə yararlığı üzrə test imtahanı veriblər. Nəticədə 100 min müəllimin maaşı artırılıb. Bu ilin sonunadək ölkədə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçəcək və gələn il yanvarın 1-dən bütün məktəb müəllimlərinin əmək haqqı 35% artacaq.

Keçən ildən rayon hakimiyyəti məktəblər üzərində inzibati qəyyumluqdan uzaqlaşdırılıb. Müəyyən təcrübəyə malik hər bir müəllim elektron ərizə təqdim edə, imtahan verə, təlim keçə və müsabiqədə iştirak edə bilər. 2016-cı ildə Bakı, Gəncə, Sumqayıt, Abşeron və daha 5 rayonda imtahan verərək və 180 namizəd arasında müsabiqədə qalib gələrək 27 müəllim məktəb direktoru təyin edilib.

Təhsil Nazirliyi araşdırma apararaq ali təhsil haqqında diplomunun saxta olduğu, mövcud bilik səviyyəsini əks etdirmədiyi və ya şübhəli ali məktəblər tərəfindən verilidiyi 5 minə yaxın müəllim aşkar edib. Keçmişin bu cür yükündən xilas olmaq çətin idi, amma sonsuz göz yaşları, şikayət və qəzet ittihamlarına dözərək, nazirlik problemi həll etdi.

- İndiki tələblərə görə, məktəbə gedəcək bütün balalarımız uşaq bağçalarında məktəbəqədər təlim keçib, birinci sinifə hazırlıqlı gəlməlidir. Bunun üçün nə edilir?

- Uşaqların sonrakı məktəbli həyatı, bilikləri mənimsəmək bacarığı üçün vacib olan məktəbəqədər təhsillə əhatəolunma dairəsi genişlənir. 2016 - 17 ci illərdə ölkənin 2 min 795 məktəbində yaradılmış 4 min 410 qrupda təxminən 87 min uşaq məktəbəqədər təhsilə cəlb olunub. Əgər 2015-ci ildə beşyaşlı bütün uşaqların yalnız 24%-ni məktəbəqədər təhsilə cəlb etmək mümkün olmuşdusa, 2016-cı ildə bu göstərici 55%-ə qədər artıb, yəni əlavə olaraq daha 50 minə yaxın uşaq məktəbə hazırlıqlı gələcək.


Cəsarət Valehli

- Mətbuatda keçmiş sovet texniki-peşə məktəblərinin bərpa ediləçəyi barədə xəbər verilmişdi...

- Azərbaycanda orta peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsi bərpa olunur. Onların populyarlığı artır, xüsusilə kənd rayonlarında. Burada da mühüm yenilik var: Peşə Təhsili Agentliyi yaradılıb. Əgər əvvəllər belə məktəblərə qəbulu, faktiki olaraq, onların direktoru təkbaşına, özü də hamımız başa düşürük ki, necə və neçəyə, keçirirdisə, ötən ildən iddiaçılar Bakı və Gəncədə xüsusi ASAN Pesə layihəsinə müraciət edir, öz məlumat və məqsədlərini bildirirlər və əgər bu, müəyyən edilmiş tələblərə uyğundursa, iddiaçılar məktəbin dinləyiciləri olurlar. Yeni təcrübə öyrəniləcək və bütün ölkəyə intişar ediləcək.

- Uşaqlarımızın böyük əksəriyyətinin oxuduğu orta məktəbə qayıdaq. Məktəblərdə tədrisin keyfiyyəti barədə nə deyə bilərsiniz?

- Məktəb tədrisinin keyfiyyəti getdikcə yaxşılaşır. Bunu rəqəmlər də göstərir. 9-cu və 11-ci siniflərdə buraxılış, ali məktəblərə isə qəbul imtahanlarında kafi qiymətlərin sayı son 5 ildə 17% (9-cu siniflərdə) və 2% (11-ci siniflərdə) artıb. Dövlət İmtahan Mərkəzinin (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) statistikasına əsasən, 2016/2017-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları zamanı keçid ballarının artım dinamikası qeydə alınıb. Əgər 2014-cü ildə qəbul imtahanlarında 32 min 159 abituriyent (34,7%) 200 baldan artıq qazanmışdısa, 2015-ci ildə 33 min 198 nəfər (40%), 2016-cı ildə isə 34 min 385 (43,8%) nəfər 200-dən çox bal toplaya bilib.

Məzunlarının qəbul imtahanlarında ən aşağı bilik nümayiş etdirdiyi məktəblərin Azərbaycanın hansı rayonlarına aid olduğu məlumdur. Bu rayonlarda nəticə verən iş aparılıb. 2015/2016-cı illərdə 9-cu sinif şagirdlərinin bilik səviyyəsinin artımı Astarada 22%, Ağcabədidə 15%, Sabirabadda 14%, Masallıda isə 11% təşkil edib. Cəlilabad və Saatlının qiymət artımı 9% səviyyəsində qeydə alınıb. Beş il ərzində abituriyentlərin topladığı orta bal 177-dən 209-a qədər yüksəlib.

- Çox vaxt valideynlər şagirdlərə verilən sualların gəliz olmasından çox narazı qalırlar. Valideynlərin ən azı tam orta təhsilli olduğuna baxmayaraq onlar gileylənirlər ki, müəllimlərin uşaqlardan nə soruşduqlarını başa düşməlk olmur.

- Əgər bütün bunları mobil telefonun bir cüt düyməsini basmaqla asanlıqla tapmaq olarsa, uşaqlara çox böyük sayda tarix, ad, rəqəm və s. yadda saxlamaq nəyə lazımdır? Müasir insanın gücü lazımsız informasiyanı əzbərləməkdə deyil, məntiqi düşünmək, müstəqil surətdə düzgün həll tapmaq bacarığındadır. Bunun üçün şagirdlər müasir informasiya texnologiyalarını tətbiq edə bilməlidirlər. Buna "açıq suallar" xidmət edir, yeni tədris və şagirdlərin biliklərinin qiymətləndirmə metodlarının məcmusu isə valideynləri əsəbiləşdirən "kurrikulum" anlayışında cəmlənib. Yeni təhsil, fənn və qiymətləndirmə sistemi valideynlərin sovet dövrü məktəbində gördükləindən tamamilə fərqlidir.

Təhsil Nazirliyi test imtahanlarından imtina etmir və məktəblərdə buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları işində inhisara malik olmaq iddiasında deyil ("sarı mətbuat"ın daha bir şayiəsi ifşa olundu), lakin hesab edir ki, test imtahanları keçirən dövlət qurumu uşaqlara yadda saxlama və əzbərləməyə yönəlmiş suallar verməkdən tədricən imtina etməlidir. İmtahanlarda məzun, abituriyent və tələbələrdən sərbəst düşünmək, informsiyanı tapmaq və ondan istifadə etmək bacarığını aşkar etmək lazımdır.

Son 6 il ərzində Azərbaycan məktəblərinin 111 şagirdi məktəb fənləri üzrə beynəlxalq olimpiadalarda medal qazanıb. Keçən il bizim bu sahədə 26 şagirdimiz qələbə çalıb. Respublika olimpiadalarında isə 2016-cı ildə 27 mindən çox şagird iştirak edib.

2016-cı ildə 30 mindən artıq 6-cı sinif şagirdi test imtahanlarında öz bilik səviyyəsini sınayıb.

7200-dən çox şagird bəzi fənlərə üstünlük verildiyi ixtisaslaşmış və ya müəyyən profili olan siniflərdə təhsil alır. 2016-cı ildə 124 məktəbdə 324 belə sinif fəaliyyət göstərirdi. İl ərzində iki dəfə artım qeydə alınıb.

Keçən il respublikada 6 mln. ədəd dərslik çap olunub. Çap olunmuş dərsliklərdən başqa, şagird və müəllimlər virtual texniki tədris vasitələrindən istifadə edə bilərlər: bunun üçün nazirliyin mütəxəssisləri tərəfindən yaradılmış çoxsaylı sayt və elektron dərslikləri isifadəyə verilib.

- Obyektiv xarici ekspert təşkilatları nazirliyin işini necə qiymətləndirir?

- Azərbaycan məktəbləri şagirdlərin bilik səviyyəsini qiymətləndirməklə məşğul olan Avropa şirkətləri ilə əməkdaşlığa başlayıb. Ümumi təhsil sahəsində iştirakçı ölkələr arasında təhsilin keyfiyyətinin beynəlxalq qiymətləndirmə və müqayisəsi üzrə üç əsas proqram - TIMSS, PISA və PIRLS mövcudur. Azərbaycanın bir-birini tamamlayan hər üç proqramda iştirakı təhsil sisteminin müxtəlif tərəflərini qiymətləndirərək onun haqqında daha dolğun məlumat verir.

Hər 5 ildən bir Azərbaycan dördüncü sinif şagirdlərinin mətnin oxunması və dərk edilməsi keyfiyyətinin öyrənilməsi üzrə beynəlxalq tədqiqatda - Progress in International Study (PIRLS) Reading Literacy - iştirak edir. PIRLS araşdırmasının əsas məqsədi dünyanın müxtəlif ölkələrinin ibtidai məktəb şagirdlərinin mətni oxuması və anlaması səviyyəsi keyfiyyətinin müqayisəli qiymətləndirilməsindən ibarətdir. 2016-cı ilin aprel-may aylarında keçirilmiş tədqiqatda 170 ümumtəhsil müəssisəsinin şagirdləri iştirak edib. Nəticələr proqram əlaqələndirici olan Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyaya (IEA) göndərilib. Yekunlar 2017-ci ildə élan ediləcək.

Proqramme for İnternational Student Assessment (PISA) - 15-yaşlı şagirdlər arasında riyaziyyat, oxu və təbiətşünaslıq sahələrində Savadlılığın Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramdır. Tədqiqatlar 3 ildən bir aparılır. Növbəti araşdırmalar 2018-ci ildə keçiriləcək. PISA tədqiqatının əsas vəzifəsi 15-yaşlı şagirdlərin müasir həyat şəraitində lazım olan funksional bilik və bacarıqlara malik olub-olmadığını aşkar etməkdən ibarətdir. Testi aparıcı beynəlxalq elmi təşkilatlarla birlikdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı təşkil edir. Azərbaycan bu layihədə iştirak edəcək.

Trends in İnternational Mathematics and Science Study (TIMSS) - 4-cü və 8-ci sinif şagirdlərinin Təhsili Keyfiyyətinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Araşdırmalardır, 4 ildə bir dəfə keçirilir. TIMSS tədqiqatının əsas məqsədi 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiətşünaslıq sahələrində təhsil nailiyyətlərinin qiymətləndirilməsindən ibarətdir. Proqramı Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) əlaqələndirir. Növbəti TIMSS araşdırması 2019-cu ildə keçiriləcək. Azərbaycan bu layihədə iştirak edəcək.

- Məktəb diplomu alaraq, məzunlar universitetlərə üz tuturlar. Sonra məlum olur ki, ali məktəbdə təhsilin keyfiyyəti istehsalatın tələblərinə cavab vermir.

- Biz faktiki olaraq diplom satışı ilə məşğul olan saxta və aşkarcasına zəif universitetlərin fəaliyyətini dayandıra bildik.

Ötən ilin sentyabrında Neft və Sənaye Universiteti nəzdində iki fransa universiteti ilə əməkdaşlıq əsasında UFAZ - neft mühəndisi, IT- mütəxəssisi, geofizik, kimyaçı-mühəndis hazırlayan yeni ali məktəb yaradıldı. Bu, Azərbaycan sənayesi üçün lazım olan və bütün dünyada yüksək əmək haqqı ilə təmin edilən peşələrdir. Keçən il 303 tələbədən 160-ı müsabiqən keçərək UFAZ-a qəbul olundu. Ali məktəbi qurtardıqdan sonra məzunlar Azərbaycan və Fransanın ikili diplomunu alacaqlar. 11 universitetdə SABAH istedadlı tələbə qrupları yaradılıb və onlarda ayrıca dövlət dəstəyi alaraq 2300 gənc xüsusi proqram üzrə təhsil alır. Belə qruplardan olan 390 oğlan və qız üçün Сорбон, Əbu Dabi və London universitetlərində yay düşərgələri təşkil olunub.

Dövlət Proqramı üzrə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 min 558 nəfərə çatıb.

Məktəb müəllimi peşəsinin nüfuzu artır. Ötən il test imtahanlarını verərək, 3 mindən çox məzun müəllim statusu qazanıb. Bu, 2 min 879 gənc müəllimin imtahanları verildikdən sonra işə qəbul edildiyi 2015-ci ildə olduğundan çoxdur. Ən maraqlısı odur ki, qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış abituriyentlərin 977 nəfəri məktəb müəllimi olmaq qərarına gəlib!

Təhsil Nazirliyi işçilərinin sayına görə ən böyük qurumdur. Azərbaycanda 4 min 457 məktəb, 145 min 720 müəllim və 1 mln. 473-dən çox orta məktəb şagirdi, 25 min 126 tələbəsi olan 113 peşə kolleci vardır. Bu tədris ilində Azərbaycanın 42 ali məktəbində 36 min 057 bakalavr və 5 min 692 magistr təhsilini başa vuracaq. Bu cür nəhəng sistemi nəinki 2, hətta 5 il ərzində əsaslı surətdə yaxşılaşdırmaq mümkün deyil. Lakin nazirlikdə gərgin işlər başlanmış və uğurla davam etdirilir.

Rəy yaz

Sual-cavab

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti