![Milli Şura: �Azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacağıq�](https://turan.az/resized/media/2019/main/012500016404-750-500-resize.webp)
Milli Şura: �Azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacağıq�
Bakı/25.01.19/Turan: "Hakimiyyәt bilmәlidir ki, insanların dinc etiraz hüququnu uzun müddәtә әlindәn ala bilmәyәcәk. Әgәr razılaşdırılmış mitinqlәrә imkan vermәmәk xәtti götürülәcәksә, Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır". Bu barədə Milli Şuranın 26 yanvar mitinqinә Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) razılıq vermәmәsi ilә bağlı bәyanatında deyilir.
Sənəddə deyilir ki, Milli Şura yaranmış vәziyyәtә uyğun qәrarlar verәcәk, ölkәdә azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacaq.
"Milli Şura bütün qanuni vasitәlәrdәn istifadә edәcәk ki, vәtәndaşların sәrbәst toplaşmaq azadlığı tәmin olunsun vә biz razılaşdırılmış çoxminlik mitinqlәrimizi davam etdirә bilәk".
Demokratik Qüvvələrin Milli Şurası Bakı Şәhәr İcra Hakimiyyәtinә yanvarın 26-da paytaxtın Yasamal rayonunda yerlәşәn Mәhsul stadionunda növbәti mitinqini keçirmәk üçün müraciәt edib. Lakin BŞİH mitinqin keçirilmәsinә razılıq vermәyib.
"BŞİH-in mitinqlә bağlı müraciәtimizә verdiyi cavabda açıq şәkildә yazılır ki, ona razılıq verilmәmәsi birbaşa polisin istәyi ilә olub. Bu cavab hәm dә ölkәdә polis rejiminin bәrqәrar edildiyinin etirafıdır".
Milli Şura bundan öncə yanvarın 19-da "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirib.
"Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində dә tәşkilatçılar kütlәvi şәkildә hәbs edildi, icra hakimiyyәtlәrinin vә polisin tәqibinә, hәdәlәmәsinә mәruz qaldı. Mitinqdәn qabaq AXCP-nin 24, Müsavatın 2 funksioneri müxtәlif müddәtlәrә inzibati qaydada hәbs olundu. Lakin, bunlara baxmayaraq, әn mәhdud şәrtlәr daxilindә tәşkilatçılığa rәğmәn 19 yanvar mitinqi son 13 ilin әn izdihamlı mitinqi oldu", deyə bəyanatda bildirilir. -0-
-
- Cəmiyyət
- 25 Yanvar 2019 17:23
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz