Azərbaycanda koronavirus infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb
Bskı/26.12.20/Turan: Azərbaycanda koronavirus infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb.
-
- Siyasət
- 26 Dekabr 2020 16:09
-
- Foto sessiyalar
- 26 Dekabr 2020 18:40
Cəmiyyət
-
Bazar günü, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
-
Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir “GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək.
Rəy yaz