Açiq mənbələrdən foto.
Ordu karantin rejiminin təmin edilməsinə cəlb edilib
Bakı/04.07.20/Turan: Azərbaycan ordusunun bəzi bölmələri xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına kömək məqsədi ilə bu işə cəlb olunub.
DİN-dən verilən məlumata görə, xüsusi karantin rejimi tətbiq edildikdən sonra təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər.
"Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar", deyə DİN qeyd edir.
Müdafiə Nazirliyindən Turan-a ordu bölmələrinin hərbiçilərinin xüsusi karantin rejiminə riayət olunmasına nəzarət prosesinə cəlb edilməsi haqqında məlumatı təsdiq ediblər. -06D-
Siyasət
-
"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
Rəy yaz