Azərbaycan Belarusa nefti bazar qiymətlərindən ucuz tədarük edir

Bakı/09.09.20/Turan: Belstat xəbər verir ki, 2020-ci ilin yanvar-iyun aylarında Belarusa neft idxalının dəyəri 1,24 milyard dollar təşkil edib, bu da 2019-cu ilin yanvar-iyun aylarına nisbətən% 61,9 azdır.

Bununla belə, Belstat əvvəlki illərdən fərqli olaraq neft idxalına dair natural ifadədə məlumat təqdim etməyib.

Belstatın məlumatına görə, yarım ilin nəticələrinə əsasən, Rusiyadan başqa daha 7 ölkə Belarusa neft tədarük edib.

Eyni zamanda, Rusiya Belarusa əsas neft tədarükçüsü olaraq qalır – RF-dən neft tədarükünün dəyəri 1 milyard dollar (azalma 68,9%) təşkil edib.

Tədarükün dəyərinə əsasən, ilin birinci yarısında neft idxalının 80%-i Rusiyanın, 20%-i alternativ tədarükçülərin payına düşüb.

İlin birinci yarısında Azərbaycandan Belarusa neft tədarükünün dəyəri 64,4 milyon dollar təşkil edib.

“İnterfaks-Azərbaycan”ın verdiyi məlumata görə, ilin birinci yarısında Belarus Ukrayna limanları vasitəsilə Azərbaycandan ümumi həcmi 420 min ton olan 5 neft tankeri alıb.

Buna əsasən hesablamaq olar ki, Belarus Azərbaycan neftinin  bir tonuna görə 153,33 dollar və ya bir barelə görə 20,72 dollar ödəyib.

SOCAR-ın məlumatına görə, 2020-ci ilin birinci yarısında Azərbaycan neftinin orta ixrac qiyməti bir barel üçün 42,75 dollar (2019-cu ilin eyni dövründə - 68 dollar) təşkil edib.--0-

 

Rəy yaz

Enerji

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti