Devalvasiya gözlənilir? – Rəşad Həsənov “Çətin sual" qarşısında
Bakı/26.10.21/Turan: Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalvasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələ bilər, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşa bilər.
Çox güman ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyədə milli valyutanın – lirənin ucuzlaşması manatın ucuzlaşma risklərini gündəmə gətirib. Dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar.
Bu iddialar nə dərəcədə realdır? Ölkədə devalvasiya ola bilərmi?
İqtisadçı Rəşad Həsənov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu və digər suallara cavab verir.
Çətin sual
-
Azərbaycanda son zamanlar Qərbə qarşı kəskin tənqid ritorikasının azalması müşahidə olunur. Qarşı tərəfdən də müsbət siqnallar gəlir.
-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
-
Gürcüstanda Tbilisinin mərkəzində, parlament binası qarşısında xarici agentlər haqqında qanuna qarşı irimiqyaslı etiraz aksiyaları davam edir.
-
Aprelin 25-də Avropa Parlamenti ölkədəki vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib. Qətnamə 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.
Rəy yaz