Açiq mənbələrdən foto.
Xocalıda Bakı nümayəndələrinin sülhməramlıların komandanlığı ilə növbəti görüşü olub
Bakı/16.12.22/Turan: Dekabrın 16-da Xocalıda Rusiya sülhməramlılarının qərargahında Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrilə Rusiya sülhməramlılarının komandanlığı arasında danışıqlar aparılıb. Bu barədə Monitorinq Qrupunun rəhbəri Məsim Məmmədov bildirib.
Azərbaycan tərəfi növbəti dəfə vurğulayıb ki, “Qızılbulaq” və “Dəmirli” qızıl və mis-molibden yataqlarında təftiş aparmalıdır. Əvvəllər təsdiq edilmiş Yol xəritəsinə əsasən, sülhməramlılar bu işin təşkilini təmin etməlidirlər.
Xatırladaq ki, Yol xəritəsi dekabrın 3-də Xocalıda sülhməramlıların qərargahında Azərbaycanın dövlət orqanları nümayəndələrinin sülhməramlıları komandanlığı ilə ilk görüşündən sonra təsdiq edilib. Lakin dekabrın 10-da erməni tərəfi Bakıdan gələn Monitorinq Qrupunu Qarabağın keçmiş Mardakert rayonundakı adı çəkilən mədənlərə buraxmayıb. 02B
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz