Buzovnada bağ sahibi vətəndaşlar üçün dənizə çıxışı açdı
Buzovna sakinləri dəniz sahilindəki qanunsuz hasarın götürülməsinə nail olublar
Bakı/12.05.22/Turan: İctimai fəal, Buzovna qəsəbə sakinlərinin ətraf mühitin mühafizəsi üzrə hərəkatının təşkilatçısı Seyfulla Azər sosial şəbəkədə dənizkənarı villaların sahiblərindən birinin vətəndaşların dənizə çıxışını bağlayan hasarı sökdüyünü təsdiqləyən fotolar yerləşdirib.
Turan-ın “Bu, cəmiyyətin sorğusunu yerinə yetirən yerli hakimiyyətin tələbidir, yoxsa villa sahibi özü götürüb?” sualına - Azər belə cavab verib: “Villa sahibi özü dənizə çıxışı açıb. Dənizə çıxışı qanunsuz olaraq bağlayan digər hasarlar hələ də qalmaqdadır.
Mayın 8-də Buzovna qəsəbəsinin sakinləri Xəzər sahilində bir ay ərzində ikinci iməciliyi keçirib, məişət tullantılarını yığaraq buzovnalıların ənənəvi istirahət ərazisindən çıxarıblar.
Çimərliyin təmizlənməsilə yanaşı qəsəbə sakinlərinin ikinci məqsədi yerli və mərkəzi hakimiyyət orqanlarından sakinlərin dənizə çıxışına maneçilik törədən qanunsuz tikilmiş hasarların ləğvini tələb etməkdir. Buzovna sahilində geniş ərazilər dənizə yaxın tikilmiş fərdi evlərin sahibləri tərəfindən ictimaiyyətin ziyarəti üçün bağlıdır.
Mayın 1-də iməciliyin təşkilatçısı Azər Seyfulla YouTube vasitəsilə Azərbaycan prezidentinə müraciət edərək Xəzər sahilində səliqə-sahmanın bərpası ilə bağlı kənd sakinlərinin xahişini çatdırıb. Mənzil Məcəlləsinə, “Şəhərsalma və memarlıq haqqında” qanuna əsasən, Azərbaycanda dəniz suyundan 20-50 metr məsafədə tikinti aparılması qadağandır. Bununla belə, hər yerdə qanunlar pozulur.
Qəsəbə sakini, fəal Elbəy Əlizadə Turan-a bildirib ki, Xəzər Rayon İcra hakimiyyəti müraciətə cavab verməyib, yalnız bir bağ sahibi beşmetrlik zolağı sudan azad edib. "Mirvari" və "Si Sayd" restoranları arasındakı bütün zolaq bağ evlərinin sahibləri tərəfindən zəbt edilmiş mürəkkəb qayalı relyefli, gözəl istirahət zonası olan böyük ərazidir.
"Biz Buzovna qəsəbəsində dənizkənarı ərazilərin zəbt edilməsinin qanuniliyini aydınlaşdırmaq tələbilə rayon prokurorluğuna müraciət etmək niyyətindəyik", - o, Turan-a bildirib.
Mayın 7-də Turan İnformasiya Agentliyi Xəzər Rayon İcra Hakimiyyətinə buzovnalıların prezident İlham Əliyevə videomüraciətində qeyd edilən qanunsuzluqların aradan qaldırılması istiqamətində rayon rəhbərliyinin gördüyü işlərlə bağlı sorğu göndərib. Hələ cavab yoxdur.
Buzovna qəsəbə sakinlərinin azsaylı hissəsinin fəal vətəndaş mövqeyi KİV-in diqqətini zəbt olunmuş sahilyanı əraziləri probleminə cəlb edib. Azərbaycanın iki telekanalı iməcilik və sakinlərin tələbləri barədə süjetlər çəkib. Dənizə girişi bağlayan eyni qanunsuz maneələr digər sahilyanı qəsəbələrdə də var: Nabran, Nardaran, Bilgəh... Sosial şəbəkədə Buzovnada iməciliklər haqda məlumatların altında Abşeronun digər qəsəbələrinin sakinlərinin çoxlu replikaları yer alıb.–0—
-
- Cəmiyyət
- 12 May 2022 17:30
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz