![Buzovna. İşğal edilmiş qayalar](https://turan.az/resized/media/2022/main/061300046857-750-500-resize.webp)
Buzovna. İşğal edilmiş qayalar
Buzovnalılar yenidən prezident İlham Əliyevə müraciət ediblər
Bakı/13.06.22/Turan: Buzovna qəsəbəsinin ictimai fəalları Azərbaycan prezidenti İlham Əliyevə müraciətin yer aldığı videoçarx çəkiblər və Youtube-da yerləşdiriblər.
Videomüraciətdə məqsəd dövləti yerli torpaq sahibləri tərəfindən zəbt olunmaqdan qurtulmağa, Xəzər sahilindəki tarixi qayaların təmizlənməsi və ictimai istifadə üçün mühafizəsinə cəlb etməkdir.
Film unikal qaya massivinin tarixi və təbii özəlliklərinin təsvirilə başlayır. Bu qayalarda bir neçə Azərbaycan bədii və musiqili filmi çəkilib.
Sonra videoçarxın müəllifləri Google Map peyk xəritəsindən istifadə edərək mülkiyyətçilər tərəfindən dənizin kənarına qədər tikilmiş və hasarlarla ayrılmış Xəzər sahilini yüksəklikdən nümayiş etdirirlər.
Videomüraciət müəllifləri Buzovnadakı 15 torpaq sahəsinin ərazisindəki qayaların tikinti tullantıları ilə zibilləndiyini və ya tamamilə dağıdıldığını göstərirlər.
Bu ilin mayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyilə Buzovna fəalları sakinlərin dənizə çıxışını əngəlləyən bir neçə qanunsuz hasarın dağıdılmasına nail olublar. Rayon İcra Hakimiyyətindən Turan-a bildiriblər ki, hakimiyyət sahilin qanunsuz tikililərdən tam azad edilməsinə nail olacaq.
Lakin fəal Seyfulla Əli Turan-a bildirib ki, Buzovna qəsəbəsində bir neçə hasarın dağıdılması ilə sahil zolağının azad edilməsi dayanıb.
Ərazisi qayalıq massivə baxan torpaq sahəsi sahiblərinin heç biri şəhərsalma və memarlıq haqqında qanuna əməl etmir. Bu qanuna görə, dənizin yaxınlığında 20-50 metrlik zolağı özəlləşdirib ictimai istifadə üçün bağlamaq olmaz, Seyfulla Əli deyib.0—
-
- Maliyyə
- 13 İyun 2022 12:51
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz