Anar Əsədli
"Yüksəliş" Partiyasının sədri Anar Əsədli həbs olunub
Bakı/21.04.23/Turan: "Yüksəliş" Partiyasının sədri Anar Əsədliyə qarşı dələduzluq ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Partiyadan bildiriblər ki, aprelin 20-də Əsədli "xırda bir məsələni dəqiqləşdirmək üçün" Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb, 6 saat idarədə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Amma aprelin 21-də Əsədli yenidən qeyd edilən idarəyə çağırılıb, ona qarşı CM-in 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə aparılıb.
Turan Agentliyi hələlik Əsədlinin vəkilindən və ya ailə üzvlərindən şərh ala bilməyib.
Bir müddət əvvəl Əsədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Ötən il noyabrın 18-də o, Ankaraya gedə bilməmişdi.
Həmin vaxt DİN-in mətbuat xidmətindən Turan-a bildirmişdilər ki, onun barəsində iki vətəndaşın şikayəti əsasında araşdırma aparılır. "Onlar polisə bildiriblər ki, o (Anar Əsədli), dələduzluq yolu ilə vətəndaşların birindən 150 min dollar, digərindən 10 min dollar məbləğində pul alaraq mənimsəyib", deyə DİN-dən qeyd ediblər.
Amma Əsədli bu iddiaların əsassız olduğunu bildirib və hüquqlarının məhdudlaşdırılmasını "siyasi sifarişlə" əlaqələndirib.
"Yüksəliş" Partiyası 2020-ci ilin parlament seçkilərindən sonra qurulub. Həmin seçkilərdə Əsəsdli deputatlığa namizədliyini irəli sürmüşdü və səsvermə başa çatdıqdan sonra onların saxtalaşdırıldığını bildirib. 2021-ci ildə partiya qeydiyyatdan keçirilib.
İdeoloji cəhətdən "Yüksəliş" Partiyası milliyyyətçi partiyadır, türk dünyasının birliyinin tərəfdarıdır. Amma siyasi həyatda partiya onlarla belə təşkilatdan heç nə ilə fərqlənmirdi.
Buna görə Əsədliyə qarşı irəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğunu demək hələlik çətindir. 21B06
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz