Açiq mənbələrdən foto.
Mübariz Qurbanlı: Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir
Bakı/02.05.23/Turan: Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir. Bu barədə mayın 2-də "Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransdan sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun fikrincə, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır.
"Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yerinə qaytarılacaq", deyə o qeyd edib.
Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Xudavəng monastırı, həmçinin Dadivəng və Xutavəng - Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. 16D
-
- Cəmiyyət
- 2 May 2023 14:27
Siyasət
-
Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə dinləmələr davam edib.
-
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib. O, hədə yoluyla tələb etməkdə ittiham olunur.
-
Mossad (İsrailin xarici kəşfiyyat xidməti) rəhbəri David Barnea ölkənin siyasi rəhbərliyinə tövsiyə edib ki, husilərə yox, İrana zərbə endirsin, dekabrın 22-də Ynet bildirib.
-
Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib.
Həbslər, sanksiya çağırışları və mesajlar... – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:08
- 155
Rəy yaz