20 Yanvar hadisələrinin 25-ci ildönümünün təşkili lə bağlı plan təsdiq edilib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “20 Yanvar hadisələrinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nı təsdiq edib.
Sənədə əsasən ölkənin şəhər və rayonlarında, habelə idarə və müəssisələrində bu hadisələrə dair toplantı, konfranslar təkil ediləcək, mədəniyyət ocaqlarında tamaşalar, bədii və sənədli filmlər nümayiş etdiriləcək.
Plana əsasən xarici ölkələrdəki səfrilklər, diplomatik nümayəndəliklər, diaspor qurumları uyğun tədbirlər keçirəcək, dünyanının aparıcı KİV-ləridnə, telekanal və internet şəbəkələrində materiallar verilməsi üçün iş aparılacaq.
İctimaiyyətin Şəhidlər Xiyabanını ziyarəti təşkil ediləcək. Yanvarın 20-də saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləəcək, gəmilərdən, avtomobillərdən, qatarlardan səs siqnallarının veriləcək, bütün yaşayış məntəqələrində dövlət bayarqlarının endiriləcək.
Xatırladaq ki, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları ölkəyə hücum etdi. Silahlı hücum zamanı 135 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb, 1000-dən çox siyasi fəal həbsə alınaraq Rusiyanın həbsxanalarına aparılıb.-05D-
-
- Sual-cavab
- 3 Yanvar 2015 00:20
-
- İqtisadiyyat
- 3 Yanvar 2015 12:38
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz