![KİV işçiləri üçün ikinci bina 3 mln manat bahalanıb](https://turan.az/resized/media/2015/main/010300101757-750-500-resize.webp)
KİV işçiləri üçün ikinci bina 3 mln manat bahalanıb
Dövlət başçısı İlham Əliyev mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayırıb. Əvvəl bu məqsədlə 31 mln manat ayrılmışdı. İndi bina vergi ödəyicilərinə 34,6 mln manata, 100 kv m-lik 1 mənzil 136 min manata başa gəlir.
Bu, KİV işçiləri üçün ikinci binadır (3 blok, 255 mənzil) və Milli Mətbuat günü – 22 iyul 2015-ci ildə istifadəyə veriləcək.
Jurnalistlər üçün ikinci binanın tikilməsi barədə qərar 2013-cü ildə Milli Mətbuat günündə qəbul edilib. O vaxt dövlət başçısı İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 17 mərtəbəli binanın tikintisi üçün ilkin olaraq 5 mln manat (http://www.president.az/articles/8743) ayırmışdı. Həmin ildə binanın layihələndirilməsi üçün “Arxin-M ltd” şirkəti ilə 215 425,89 manat məbləğində saziş imzalanmışdı. 2014-cü ildə Fond yerli “Portos” tikinti şirkəti ilə binanın tikintisi barədə müqavilə imzaladı. Məbləğ 31 466 860,71 manat idi, deyə Satınalmalar üzrə Dövlət Agentliyi bildirir.
Hökumət jurnalistlər üçün tikilən binanın digər maliyyə mənbələrini açıqlamır. Ekspertlər hesab edir ki, bu, dövlət büdcəsində Nazirlər Kabinetinin Ehtiyat Fondu, ya da eyni «pul kisəsində» olan dövlət əsaslı tikinti üçün nəzərdə tutulan vəsaitlər ola bilər.
KİV işçiləri üçün ikinci bina 2013-cü ildə istifadəyə verilən birinci binanın yanında tikilir. Birinci bina 156 mənzildən ibarət idi. KİVDF-nin (http://kivdf.gov.az/news) hesabatına əsasən, binanın tikintisinə və mənzillərin təmirinə 22 396 316 manat xərclənib. Bu binanın tikinti işlərinin podratını «Portos» MMC tikinti şirkəti həyata keçirib. Tenderin nəticələrinə əsasən, müqavilənin ilkin məbləği 16 902 602,74 manat təşkil edib. Layihə nə az, nə çox, 5,5 mln manat «ağırlaşıb».
Qeyd edək ki, bu şirkətin adına yalnız jurnalistlər üçün iki binanın tikintisində rast gəlmək olar. Vergilər Nazirliyinin məlumatına görə, “Portos” MMC 2009-cu ilin sentyabrında bir fiziki şəxs tərəfindən (Qafarov Qafar Hüseyn oğlu) 50 manat nizamnamə kapitalı ilə təsis edilib. --08B--
-
- Cəmiyyət
- 3 Yanvar 2015 12:42
İqtisadiyyat
-
Avropada təbii qazın qiymətləri cümə günü 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə yüksələrək, bölgədə gözlənilən soyuq hava dalğası fonunda artan tələbat gözləntilərini əks etdirib.
-
ABŞ-ın prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, əgər fundamental struktur islahatları həyata keçirilməzsə, iqtisadçı Qubad İbadoğlu son analizində xəbərdarlıq edib.
-
Azərbaycan kənd təsərrüfatı sektorunu şaxələndirmək istiqamətində addım ataraq ölkənin ilk kommersiya məqsədli banan istehsalına start verib. Yerli istehsalçı Fruitland tropik meyvələri daxili bazara təqdim edir.
-
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerjinin ötürülməsi sahəsində qarşılıqlı anlaşma memorandumu layihəsinin mətnini razılaşdırıblar. Bu, regionda dayanıqlı enerji əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında enerji mübadiləsini genişləndirmək və Yaşıl Enerji Dəhlizi layihəsi üçün hüquqi baza yaratmaq məqsədini daşıyır.
Rəy yaz