
koronavirusinfo.az
Bakı/28.12.21/Turan: Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər sağalıb, 16 nəfər vəfat edib. Bu barədə dekabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər sağalıb, 8 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 784 test aparılıb. -02D-
Rəy yaz