
Açiq mənbələrdən foto.
Bakı/13.05.20/Turan: Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər sağalıb, bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Mənbənin məlumatına görə, 1949 və 1961-ci il təvəllüdlü iki xəstə vəfat edib. Xəstəliyə yoluxanların ümumi sayı 2758 nəfər təşkil edib.
Onlardan 1789-u sağalıb, 35-i vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir.
Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə 208.546 test aparılıb. -06D-
Rəy yaz