97 yeni yoluxma və bir ölüm
Bakı/10.05.20/Turan: Son gündə Azərbaycanda 97 yeni koronavirus infeksiyasına ( COVID-19) yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə bu gün, mayın 10-da Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda vurğulanıb ki, bir şəxs də vəfat edib.
Qurum qeyd edib ki, ölən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü ölkə vətəndaşı olub:
“Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.”
Qərargah bildirib ki, indiyə kimi koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 193 411 test aparılıb.-0-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz