AXCP fəalı 10 sutka müddətinə həbs olunub (YENİLƏNİB)
Mingəçevir şəhər məhkəməsi AXCP fəalı Ceyhun Rzayevi 10 gün müddətinə həbs edib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə tabe olmamaq) maddəsi ilə həbs edib. Bu barədə AXCP-də məlumat verilib. Jurnalist Elçin Həsənzadə sərbəst buraxılıb.-0-
* * *
2020 May 10 (Bazar) 19:01:35
AXCP üzvü və jurnalist saxlanıldı
Bakı/09.05.20/Turan: Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayev polis tərəfindən saxlanılıb.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, Rzayev Mingəçevir şəhərində "1941-1945" abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə yerli polis tərəfindən saxlanılıb.
Aksiyanı çəkən jurnalist Elçin Həsənov da polis tərəfindən mindirilərək naməlum istiqamətə aparılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. -0-
-
- Cəmiyyət
- 10 May 2020 18:33
-
- Söz istəyirəm
- 10 May 2020 20:35
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz