Azərbaycan Respublikası Ali Məhkəməsi
Ali Məhkəmə gənc fəalın kassasiya şikayətini təmin etməyib
Bakı/20.06.17/Turan: İyunun 20-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə gənc fəal Bayram Məmmədovun hökmündən verilən kassasiya şikayətinə baxılıb.
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan B.Məmmədov özü məhkəmədə iştirak etməyib.
Gənc fəalın vəkili Elçin Sadıqov məhkəmədə çıxışında B.Məmmədov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Vəkil deyir ki, B.Məmmədov saxlanılarkən onun müdafiə hüququ kobud şəkildə pozulub. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edib.
Vəkilin arqumentlərinə baxmayaraq, hakimlər kollegiyası şikayəti təmin etməyib, B.Məmmədovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq.
Xatırladaq ki, B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da uydurma narkotik ticarəti ittihamı ilə saxlanılıb.
Həbsin əsl səbəbi fəalların 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin abidəsinə yazdıqları siyasi şüarlardır.
Hər iki fəal siyasi məhbus kimi tanınıb. -16D-
-
- Maliyyə
- 20 İyun 2017 12:29
-
- Söz istəyirəm
- 20 İyun 2017 12:42
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz