- Söz istəyirəm
- 20 İyun 2017, 12:42
- 100
Dostlar! Bir anlığa təsəvvür edin...
Dostlar! Bir anlığa təsəvvür edin ötən ilin yayında AXCP üzvlərinə və rəhbərliyinə qarşı irəli sürülən ölkənin konstitusiya quruluşunun zorla devrilməsi özündə ehtiva edən hay-küylü Gülən ittihamı hazırda hansı gülməli vəziyyətə düşüb. Ölkənin iki mötəbər qurumu: DİN və Baş prokurorluq xüsusi bəyanatla çıxış edib Xalq Cəbhəsini guya Fətulla Gülənin təlimatı ilə ölkənin konstitusiya quruluşunu zorla devirmək cəhdində ittiham etmişdilər. Bu məqsədlə mobil telefon şirkətlərinin birində çalışan Cəbhənin gənclər təşkilatının üzvü Fuad Əhmədli saxta Gülənçi ittihamı ilə həbs edilmiş, AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli isə hətta Fətulla Gülən şəbəkəsinin hizmət imamı elan edilmişdi. Ötən ilin avqust ayında onun dini ayinlər adı altında vətəndaşların hüquqlarına qəsd etmək, KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması ittihamı ilə haqqında həbs qəti imkan tədbiri seçilmişdi. Xalqı bu sərsəm ittihama adaptasiya etmək üçün YAP Siyasi Şurasının üzvü professor Zahid Qaralovun redaktorluğu və ön sözü ilə Fətulla Gülən əfəndinin Bakıda hakimiyyətə yaxın nəşriyyatda çap edilmiş kitablarını da Faiqin maşınının yük yerinə doldurmuşdular.
Əlbəttə, Azərbaycan hüquq mühafizə orqanlarının bu "əməliyyatının" başlıca hədəfi AXCP sədri Əli Kərimli idi və qardaş Türkiyədə baş vermiş darbədən qisas məqamı kimi istifadə edən dargödən "generallarımız" xüsusi planlar cızıb Əli Kərimli ilə birdəfəlik qurtarmaq istəyirdilər. Zatən son il yarımda 3 dəfə ölkənin konstitusiya quruluşunun devrilməsinə cəhd kimi saxta əməliyyatların hazırlanması da buna dəlalət edir. Ona görə yaxın vaxtlarda Baş prokurorluq, DİN və Təhlükəsizlik orqanları, hava məkanına cavabdeh olan Sərhəd xidməti ilə birlikdə günəşin, və ya ayın tutulmasında Əli Kərimlini günahkar bilib ölkədə konstitusiya quruluşunu devirmək üçün qaranlıq mühit yaratmaqda ittiham etsə, təəccüblənmək lazım deyil. Nardaran faciəsindən, Gülən avantürasından, Gürcüstan rüsvayçılığından bunun nəyi təəccüblüdür?
Lakin nəzəri cəhətdən təmtəraqlı görünən Gülən avantürası görün necə iflasa uğradı. Gülənçi kimi ölkənin konstitusiya quruluşunun zorla devrilməsinə hesablanmış bir əməliyyat məhkəmədə Fuad Əhmədlinin kiminsə telefonunda kontur olub olmamasını öyrənmək ittihamı ilə yekunlaşdı və bu "kontur-gülənçi" ittihamı ilə cəbhəçi bir gənci utanıb-qızarmadan 4 azadlıqdan məhrum etdilər. İndi görün DİN və Baş prokurorluğun hizmət imamı elan etdikləri Faiq Əmirli ilə bağlı məhkəmədə nələr baş verir? Adamın imam kimi zühur edib dövlət çevrilişinə "çağırış" etməsi, öz xütbələrində dini ədavət "salması" qalıb bir tərəfə, kitab reklamına görə redaksiyaya bir nüsxə kitab hədiyyə edilməsindən, 2002-ci ildə sənəd itkisinə görə "Azadlıq" qəzetində verilmiş 2 manatlıq elanı 10 il sonraya çəkib 2011-ci ilə sənədləşdirməklə Faiq Əmirli üçün "suç" düzəldirlər. Bəs, milli, irqi, sosial, dini ədavət salmaq harada qaldı? Amma doğrusu, bütün bunları etməkdən ötrü çox utanmaz olmaq lazımdır. Çox!
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz