Гияс и Гасан Ибрагимов
Apellyasiya Məhkəməsi İbrahimovların işi üzrə təkrar istintaqdan imtina edib
Bakı/14.02.18/Turan: Bu gün Apellyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimovun və onun atası Həsən İbrahimovun işi üzrə ilkin baxış iclası başa çatıb.
Ata və oğul CM-in 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik) ilə təqsirli biliniblər. Yasamal Rayon Məhkəməsi Q.İbrahimovu 3 ay azadlıqdan məhrum edib. Beləliklə, 10 illik həbs cəzasına 3 ay da əlavə olunub.
H.İbrahimov əməkhaqqından aylıq 20% tutulmaqla 1,5 il islah işlərinə cəlb edilib.
Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində iş üzrə ilkin iclas olub. Vəkil Zibeydə Sadıqova məhkəmə heyətinə etiraz edib. Çünki məhz buranın hakimləri ata və oğul İbrahimovları məsuliyyətə cəlb ediblər. Bu gün iclasın əvvəlində elan edilib ki, məhkəmə rəhbərliyi etirazı təmin etməyib.
Sonra vəkil Elçin Sadıqov qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb. O, bunu onunla əsaslandırıb ki, İbrahimovlardan şikayət edən Apellyasiya Məhkəməsinin üç hakimi birinci instansiya məhkəməsinə gəlməyiblər və ifadə verməyiblər. Ancaq hakim vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri 21 fevral saat15:00-a təyin edib.
Cinayət işinə bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə əlaqədar başlanılıb. Belə ki, "şüşə qəfəs"də olan Q.İbrahimov dövlət ittihamçısının çıxışı zamanı mikrofonu sındırıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər).
Bundan öncə isə hakim Qiyasın heç nə eşitməməsi barədə çağırışlarına məhəl qoymayıb. Məhkəmə nəzarətçiləri "qəfəs"ə yaxınlaşaraq Q.İbrahimovun əllərini qandallayıblar, ona qarşı kobudluq ediblər. Bundan qəzəblənən ata hakimi zorakılığa son qoyulmasına çağırıb. "Gün gələcək, sizin də övladlarınızın başına belə şeylər gələcək", - o çığırıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.03B06-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz