Avropa Şurasının İnternet azadlığına dair konfransı
Başqa sahələrdə olduğu kimi, İnternetdə də insan hüquqları təmin edilməlidir. Bu zaman azadlıqlar və təhlükəsizlik arasında balans əsaslandırılmalıdır. Mübahisəli vəziyyətlərdə ictimai maraqlar üstün götürülməlidir.
Çərşənbə axşamı Bakıda keçirilən «İnternet və insan hüquqları konfransında Avropa Şurasının müxtəlif qurumlarının on-line azadlığın təminatı üzrə tövsiyələri belədir.
Tədbiri Avropa Şurasının Bakı ofisi və Rabitə Nazirliyi AŞ və Avropa İttifaqının ifadə azadlığı, medianln dəstəklənməsi layihəsi çərçivəsində təşkil ediblər.
Rabitə nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda İnternet yayımının səviyyəsi 76%-ə çatıb ki, bunun da 65%-nin genişzolaqlı İnternetə giriş imkanları var.
E.Vəlizadənin sözlərinə görə, ölkədə İnternetə giriş tam sərbəstdir, provayderlərin fəaliyyəti lisenziya tələb etmir. İstifadəçilər sosial şəbəkələrə və digər xidmətlərə maneəsiz qoşulurlar.
Eyni zamanda E.Vəlizadə qeyd edib ki, texnoloji imkanlar və sərbəst giriş imkanları pornoqrafiya yayımı, ekstremizm, separatizm, rasizmin təbliğatı kimi yeni çağırışlara yol açır.
«Bu çağırışlar beynəlxalq əməkdaşlıq tələb edir və Azərbaycan buna hazırdır», - nazir müavini bildirib.
AŞ Bakı ofisi rəhbərinin müavini Teymur Məlik-Aslanov qeyd edib ki, hazırda AŞ İnternetdə azadlıq standartlarının müəyyən edilməsində aparıcı təşkilata çevrilib. Bu mənada dövlət orqanlarının, özəl sektor, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrini toplayan indiki konfrans dialoqun inkişafı və İnternet sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün yaxşı meydança sayılır.
Konfransda əsas məqsəd AŞ-nin standartları barədə məlumatlılığın artırılması, İnternet infrastrukturunun inkişafı və on-line jurnalistika üzrə azad müzakirələr üçün şəraitin yaradılmasıdır.
Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz deyib ki, ölkədə İnternetdə siyasi və ideoloji məhdudiyyətlər yoxdur. Bununla yanaşı texnoloji və iqtisadi xarakterli problemlər var. Belə problemlərin arasında regionlarda İnternetin keyfiyyətinin aşağı olmasını göstərib.
Bundan əlavə, provayder xidmətlərinin 50%-i dövlətə məxsusdur və real rəqabət yoxdur. Dövlət bazarda oyunçu qismində çıxış etməməlidir, yalnız tənzimlənmə ilə məşğul olmalıdır.
AŞ eksperti, Avstriyadan beynəlxalq hüquq üzrə professor Volfqanq Benedik İnternet azadlığının beynəlxalq-hüquqi əsaslarından danışıb.
O qeyd edib ki, İnternet azadlığı beynəlxalq-hüquqi standartların formalaşmasında Avropa Şurası liderdir. Əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları, AŞ Nazirlər Komitəsi, AŞPA, həmçinin AŞ insan hüquqları komissarının tövsiyələri hüquqi baza yaradır.
Benedekin sözlərinə görə, İnternetdə insan hüquqları hər sahədə olduğu kimi təmin edilməlidir.
Hər kəsin İnternetə sərbəst giriş imkanları olmalıdır. Bundan əlavə, dövlət bu sahədə əhalinin savadlılığını artırmalıdır.
İnternet azadlığı şəxsi həyata hörmət, təhlükəsizlik və s. məqsədlə məhdudlaşdırıla bilər. Lakin məhdudiyyətlər əsaslı, düşünülmüş olmalıdır. Mübahisəli vəziyyətlərdə ictimai maraqlar prioritet sayılmalıdır.
Avropa Şurasının Azərbaycan dilinə tərcümə edilmiş İnternet azadlığı haqqında sənədləri konfrans iştirakçılarına paylanılıb.–06D—
-
- İqtisadiyyat
- 1 Mart 2016 14:11
-
- Cəmiyyət
- 1 Mart 2016 15:10
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz