Vəkil F.Namazov: Məhkəmə çıxışlar mərhələsindədir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Jurnalist Rasim Əliyevin döyülərək qətlə yetirilməsilə bağlı məhkəmə prosesi davam edib. Bu haqda “Azadlıq Radiosu”na vəkil Fariz Namazov bildirib.
Bu gün çıxışlar mərhələsi başlayıb. Belə ki, keçən prosesdə çıxış edən dövlət itithamçısı təqsirləndirilən 5 nəfərdən ikisinə 14 il, birinə 12 il, daha ikisinə isə 11 il yarım həbs cəzası istəyib.
F.Namazov çıxışında həkimlərin məsuliyyətdən kənarda saxlanılmasını, futbolçu Cavid Hüseynovun cinayət işinin ümumi icraatdan ayrılmasını xüsusi qeyd edib. Hər iki halın araşdırılmasının vacibliyini vurğulayıb. Bunu həm də prokurorluğun nəzərinə çatdırmağı vurğulayıb.
Onun sözlərinə görə, prosesdə çıxış edən R.Əliyevin anası Teyfurə Əliyeva təqsirləndirilənlərə ən ağır cəza istəyib.
Təqsirləndirilən tərəfin vəkilləri isə çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istəyiblər. Məhkəmə prosesi marıtn 3-nə qədər təxirə salınıb.
Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də futbolçu Cavid Hüseynovun qohum və dostları tərəfindən döyülüb. Daha sonra M.Nağıyev adına xəstəxanaya yerləşdirilib. Elə avqustun 9-u səhərə yaxın xəstəxanada vəfat edib.
Bu ölümlə bağlı Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Onlardan 5 nəfər birbaşa bu öılüm məsələsində ittiham edilib. C.Hüseynovun işi isə istintaqın sonuna yaxın ümumi icraatdan ayrılıb. Ona qarşı cinayəti bilib xəbər verməmək ittihamı irəli sürülüb.
Keçən həftə çıxış edən dövlət ittihamçısı bu 5 nəfərdən ikisinə 14 il, birinə 12 il, daha ikisinə isə 11 il yarım həbs cəzası istəyib. -05-
-
- Cəmiyyət
- 1 Mart 2016 14:31
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz