İlham Əliyev Pakistan Baş Qərargah rəisini və AŞPA prezidentini qəbul edib
Azərbaycan və Pakistan arasında hərb sahədə əməkdaşlığın inkişafı məsələləri martın 1-də İlham Əliyevin Pakistanın Baş Qərargah rəisi Rəşad Mahmudla görüşündə müzakirə olunub.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəşad Mahmud ölkəsinin Azərbaycanla hərbi əlaqələri bundan sonra da genişləndirməyə və dərinləşdirməyə hazır olduğunu bildirib. “Hazırki səfər bu mənada faydalı olacaq”, deyə o bildirib.
Cavab sözündə İlham Əliyev bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı imkanlar və perspektivlər olduğunu bildirib.
Elə bu gün dövlət başçısı AŞPA prezidenti Pedro Aqramuntu qəbul edib.
AŞPA rəhbəri Azərbaycan hakimiyyəti ilə ikitərəfli xarakter daşıyan, habelə regional əhəmiyyət kəsb edən bir sıra mühüm məsələlərin müzakirə edilməsi zərurətini qeyd edib.
Xüsusən, Avropa Şurası və Azərbaycan arasında etimad və qarşılıqlı anlayışın möhkəmləndirilməsi məsələlərinə, həmçinin bir sıra konkret məsələlərə toxunulub, xəbəri dövlət başçısının mətbuat xidməti yayıb. -02D-
-
- Cəmiyyət
- 1 Mart 2016 15:10
-
- Mədəniyyət
- 1 Mart 2016 16:14
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz