
Bakı/10.05.18/Turan: Mayın 8-də Yasamal Rayon Məhkəməsi AXCP fəalı Orxan Baxışlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı CM-in 234.4.3 maddəsi (külli miqdarda qanunsuz narkotik maddə satışı) ilə ittiham irəli sürülüb. Həmin ittiham üzrə onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir. Bu barədə Turan-a AXCP mətbuat xidmətindən bildiriblər.
AXCP lideri Əli Kərimli hesab edir ki, gənc yalan ittiham əsəsında siyasi motivlərlə təqib olunur.
Ə.Kərimlinin fikrincə, O.Baxışlı mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı jurnalist Elmar Hüseynovun məzarının önündəki çıxışına görə həbs olunub.
Ə.Kərimli xatırladıb ki, O.Baxışlı jurnalistin ölümündə indiki hakimiyyəti ittiham edib.
O.Baxışlı mayın 7-də Milli Elmlər Akademiyasının bağında mülki şəxslər tərəfindən saxlanılıb.
Xatırladaq ki, o, müxalifətin 31 mart mitinqi zamanı da saxlanmışdı və 30 sutka inzibatı həbs cəzası almışdı.-06B--
Rəy yaz