
Açiq mənbələrdən foto.
Bakı/19.04.23/Turan: Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarına təbrik ünvanlayıb.
O bu ayda tutulan orucların, edilən ibadətlərin qəbul və müstəcəb olması ilə bağlı diləklərini çatdırıb.
“Şükürlər olsun ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən azan səslənir. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun”, - təbrikdə deyilir.
Qeyd edək ki, Ramazan martın 23-də başlayıb və aprelin 20-də başa çatır. Bayram namazı aprelin 21-də olacaq. -0-
Rəy yaz