Azərbaycan yığmasının futbolçusu Xorvatiyanın "Dinamo" klubunda çıxış edəcək
Bakı/03.02.22/Turan: Azərbaycan futbol yığmasının hücumçusu Mahir Əmrəli Polşanın "Leqiya" komandası ilə müqaviləni pozaraq "Dinamo"ya (Zaqreb) keçib.
Varşava klubu ilə müqavilə qarşılıqlı razılıq əsasında dayandırılıb. Əmrəli “Legiya” uğrunda mübarizəyə ötən ilin yayında qatılıb və 33 matçda 11 qol vurub.
Xorvatiya mətbuatının məlumatına görə, artıq Əmrəlinin Avropa Liqasının pley-off mərhələsində “Dinamo”nun “Sevilya” klubu (İspaniya) ilə keçiriləcək oyunda çıxışı bəyan edilib. O, Xorvatiya komandasında 11 nömrə ilə çıxış edəcək.
Qeyd edək ki, “Dinamo" Xorvatiyanın çoxqat çempionudur. – 06B-
-
- Cəmiyyət
- 3 Fevral 2022 13:11
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz