Azərbaycanda 38 nəfər koronavirusa yoluxub, 42 nəfər sağalıb
Bakı/22.04.20/Turan: Aprelin 22-də Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatdan görünən odur ki, koronavirus infeksiyasından ölüm faktı bu gün qeydə alınmayıb.
Operativ qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda indiyədək1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
“Onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.”məlumatda deyilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.-0-
-
- İqtisadiyyat
- 22 Aprel 2020 16:45
Cəmiyyət
-
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib. Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
-
18 yanvar tarixində Azərbaycan üzrə hava proqnozu ölkənin müxtəlif bölgələrində dəyişkən hava şəraiti gözlənildiyini, bəzi ərazilərdə yağışın olacağını bildirir.
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Rəy yaz