Basta portalına haker hücumu
Bakı/23.04.20/Turan: Basta informasiya portalı növbəti dəfə haker hücumu ilə üzləşib. Bu haqda cümə axşamı saytın baş redaktoru Mustafa Hacıbəyli Turan-a məlumat verib.
"Dünən yenidən haker hücumu ilə üzləşdik, sayt dağıdılıb", deyə o bildirib.
Redaktor xatırladıb ki, yanvarın 31-də - parlament seçkilərinə 9 gün qalmış Basta saytı, saytın facebook səhifəsi, Müsavat Partiyası və onun başqanının facebook səhifələri eyni gündə ələ keçirilmişdi.
"Texniki heyyətimizin səylərindən sonra saytı və səhifəni bərpa etmək mümkün olmuşdu. Lakin dünən sayt yenidən dağıdıldı. Hesab edirik ki, bu, hakimiyyəti sifarişi ilə təşkil edilən hücumdur", deyə Hacıbəyli qeyd edib.
Xatırladaq ki, 2018-ci ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində ölkənin işıqsız qalması ilə bağlı nəşrlərdən sonra Baş Prokurorluğun təşəbbüsü ilə digər resursla yanaşı, Bastainfo.com saytı da bağlanıb.
Bundan sonra sayt basta2.com domeni ilə fəaliyyətini davam etdirib.
Saytın redaktoru bu nəşrlərə görə cinayət məsuliyyətinə cəlb edilib. 2019-cu il fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini CM-in 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilib və 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Beynəlxalq təşkilatlar məşhur jurnalistin təqibini pisləyib. -06D-
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz