
Bazar günü Bakıda yağıntılı hava şəraiti davam edəcək
Bakı/09.12.23/Turan: Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağıntı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntı intensiv olacaq və səhərə yaxın tədricən kəsiləcək. Gündüz əsasən yağıntı olmayacaq. Mülayim cənub-şərq küləyi axşam güclənən şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5+10, gündüz müsbət 11 +14 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağıntı gözlənilir. Dağlıq ərazilərdə qar yağacaq. Səhər qərb bölgələrindən başlayaraq yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir, qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə müsbət 3 + 8, gündüz müsbət 10 + 15, dağlarda gecə müsbət 1 +6, gündüz müsbət 2 + 7 dərəcə olacaq.- 06B-
Rəy yaz