
Bazar günü qar yağıb
Bakı/18.12.23/Turan: Milli Hidrometeorologiya Xidmətinin 18 dekabr səhər saatlarına olan məlumatına görə, dekabrın 16-da gecə ölkənin rayonlarına qar yağıb.
Şahdağ rayonunda qar örtüsünün yüksəkliyi 16 sm, Daşkəsəndə 14 sm, Şəkidə 13 sm, Ordubadda 10 sm, Gədəbəydə 8 sm, Yardımlıda 4 sm, Şamaxı, Lerik və Göygöldə 3 sm, İsmayıllı, Quba, Qusarda 2 sm, Altıağac, Qobustan, Şahbuz və Qəbələdə 1 sm təşkil edib.
Havanın temperaturu Bakıda və aran rayonlarında 3 dərəcəyə qədər düşüb.
Naxçıvanda 5 dərəcəyə qədər şaxta, dağlarda 8 dərəcəyə, yüksək dağlıq ərazilərdə 13 dərəcəyə qədər şaxta olub.
Dekabrın 18-də ölkədə hava şəraitinin sabitləşəcəyi, 19-20 dekabr tarixlərində əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyi əsəcəyi gözlənilir. 0
Rəy yaz