![журналист Джавид Ширалиев](https://turan.az/resized/media/2018/main/011800006934-750-500-resize.webp)
журналист Джавид Ширалиев
Cavid Şirəliyevin apellyasiya şikayətinə yanvarın 25-də baxılacaq
Bakı/18.01.18/Turan: Yanvarın 18-də Gəncə Apellyasiya Məhkəməsində jurnalist Cavid Şirəliyevin şikayətinə təkrar baxılması baş tutmayıb. Buna prosesə sədrlik edən hakimin dəyişdirilməsi səbəb olub. Dinləmələr yanvarın 25-nə keçirilib. Bu Barədə Turan-a jurnalistin anası məlumat verib.
Xatırladaq ki, 7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də həbs edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
C.Şirəliyev 2014-cü il avqustun 30-da DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov oğlu ilə əlbir olaraq Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən "Tatar" kafesində qumarxana olması haqda nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur. Müdafiə tərəfinin vergi qurumundan təqdim etdiyi sənədə görə, əslində Tovuz rayonunda belə kafe olmayıb.
Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev "Qırmızı körpü" sərhəd -keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.
Müdafiə tərəfinin məlumatına görə, məhkəmə C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr Ş.Xankişiyevanın bəyanatı üzərində qurulub.
Avqustda Ali Məhkəmə C.Şirəliyevin şikayətini qismən təmin edib və işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.
Sülh və Demokratiya İnstitutu, "Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı və Siyasi Məhbusların Monitorinqi Mərkəzi C.Şirəliyevi 158 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediblər.-06D-
-
- İqtisadiyyat
- 18 Yanvar 2018 17:29
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz