
Açiq mənbələrdən foto.
Bakı/28.12.21/Turan: Dekabrın 29-da Bakıda və Abşeronda hava buludlu olacaq, axşamtərəfi yağış yağacağı ehtimalı var. Səhər duman olacaq, cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-11 dərəcə təşkil edəcək. Ölkənin rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. -02D-
Rəy yaz