
Açiq məmbələrdən foto.
Bakı/07.05.20/Turan: Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin təlimatçısı Ramid Nağıyev mayın 6-da Bakının Nizami rayonu ərazisində bankda ödəniş edərkən saxlanılıb.
Evdən çıxmaq üçün SMS-icazəsi olmasına baxmayaraq, Nizami rayon məhkəməsi Nağıyevi 30 gün inzibati həbs cəzasına məhkum edib, bu barədə AXCP-nin məlumatında deyilir.
Nağıyev Binəqədidə İnzibati həbs olunanların saxlanılma məntəqəsinə yerləşdirilib. Amma onun konkret olaraq hansı hüquqpozmada ittiham olunduğu məlum deyil.
AXCP-nin məlumatına görə, karantin rejimi dövründə 13 partiya fəalı inzibati qaydada həbs edilib.
Partiyanın daha bir üzvü - Əlizamin Salayev cinayət ittihamı ilə həbs edilib, partiya üzvü Aqil Hümbətov isə məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. -03B-
Rəy yaz