Daha bir mənzil tikinti kooperativinn təsisçisi həbs edilib
“Ayla” Mənzil-tikinti kooperativinin (MTK) təsisçisi Əli Abışov həbsə alınıb. Bu haqda ölkə prokurorluğunun yaydığı açıqlamada deyilir.
Ə.Abışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Suraxanı rayon məhkəməsi Ə.Abışov barəsində həbs qətimkan tədbiri seçib.
MTK-da yol verilən qanun pozuntularını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırıb. Ə.Abışov konkret olaraq Suraxanı rayonunda tikdirdiyi yaşayış binasına qaz verilməsi və mənzillərə mülkiyyət hüquqlarının təsdiq edilməsi adı ilə 36 sakindən 75 min manat pul almaqda şübhəli bilinir.
Korrupsiyaya qarşı Mübarizə İdarəsi iş üzrə istintaqı davam etdirərək, “Ayla” MTK-nın vəzifəli şəxslərinin aldatdıqları vətəndaşların hüquqlarının bərpası yönündə zəruri tədbirlər həyata keçirirlər.
Azərbaycan mətbuatında mənzil tikintisi adı ilə şirkətlərin vətəndaşları aldatmaları cinayətləri haqda çoxsaylı faktlar əksini tapır. Bu cinayətlərin sayı o qədər çoxdur ki, baş verən cinayətlər artıq cinayət olmaqdan çıxaraq şirkət başçılarının pul qazanmaq “mənbəyi”nə dönür.
Son illərdə “GEN” MMC, “Mur-Ay”, “Orxan”, “Şaiq”, “Kamran B.Ə”, “Birlik”, “Fuad LTD” və s. kimi tikinti şirkətləri belə dələduzluqlara görə ittihamlara məruz qalıblar. Ekspertlərin hesablamalarına görə, belə şirkətlərin aldatdıqları vətəndaşların sayı 20 min nəfərdən çoxdur.
Belə şirkətlərin vətəndaşları aldatmaqla pullarını mənimsəmələri sxemi çox sadədir. Onlar mənzil tikintisi adı ilə vətəndaşlardan maliyyə vəsaitlərini yığır, daha sonra hələ tikilməmiş mənzilləri onlara satırlar. Bundan əlavə isə, bir mənzil bir neçə nəfərə satılır, mənzilə görə vətəndaşlar üz-üzə qoyulur, əslində isə heç kəs mənzillə təmin olunmur.
Belə şirkət sahibləri həbsə alınsalar da, hələ indiyə kimi vətəndaşlardan bir nəfərin belə pulunun qaytarılması faktı qeydə alınmayıb. -05D-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz