Liberal Partiya Milli Şuradan çıxdı
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bugünki sessiyasının gündəliyində 9 oktyabr prezident seçkilərinin qiymətləndirilməsi, DQMŞ-nin gələcək fəaliyyətinin əsas istiqamətləri və təşkilati məsələlər var idi.
Lakin Liberal Partiyanın sədri Əvəz Temirxan təşkilati məsələnin gündəliyə daxil edilməsinə etiraz edib. Bu zaman o, KİV-in Liberal Partiya lideri Lalə Şövkətin Milli Şuradan çıxarılacağı haqqında yaydığı məlumatlara istinad edib.
Temirxan bildirib ki, Şövkət hələ seçkilərdən əvvəl istefaya gedib və bu məsələni yenidən müzakirə etməyin mənası yoxdur. Bu, DQMŞ-nin bəzi üzvlərinin narazılığına səbəb olub. Bundan sonra Temirxan və Liberal Partiyanın bir sıra digər üzvləri zalı tərk edib.
Temirxan Turan-ın müxbiri ilə söhbətində bildirib ki, ALP “ona qarşı düşməncəsinə münasibətlə” əlaqədar DQMŞ-dən çıxır. -06D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz