Milli Teleradio Şurası lisenziyaların uzadılması məsələlərinə baxacaq
Oktyabrın 25-də Milli Teleradio Şurasının növbəti iclası keçiriləcək. MTRŞ-dən Turan-a verilən məlumata görə, ANS yayım və media şirkətinin və “Xəzər TV” MMC-nin tele, radio və əlavə informasiya yayımı lisenziyasının müddətinin uzadılması haqqında müraciətlərinə baxılacaq.
ANS-in lisenziya müddəti 27 aprel 2013-cü ildə, “Xəzər TV”nin lisenziya müddəti isə sentyabrın 14-də başa çatıb. MTRŞ-nin 11 aprel tarixli qərarına əsasən, lisenziya müddətinin uzadılması haqqında müraciətlərə baxılması “qüvvədə olan qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun sənədlərin hazırlanması məqsədilə” dayandırılıb.
MTRŞ-nin noyabrın 4-də keçiriləcək növbəti iclasında “SKYMAX”, “KTV”, “Baku and Boston TV Communication” kabel televiziyalarının və “Azad Azərbaycan” teleradio şirkətinin lisenziyalarının uzadılması haqqında müraciətlərinə baxılacaq. -16D-
Cəmiyyət
-
Yanvarın 23-də Avropa Liqasının əsas mərhələsinin VII turunun oyununda “Qarabağ” klubu Bakıda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə uduzub.
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz