
Bakı/10.03.20/Turan: İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.
Bununla Azərbaycanda koronavirusa yoluxanların sayı 11-ə çatıb.
Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.-0-
Rəy yaz