![Elina Hacıyevanın anası prezident İlham Əliyevə müraciət edib](https://turan.az/resized/media/2019/main/101700022405-750-500-resize.webp)
Elina Hacıyevanın anası prezident İlham Əliyevə müraciət edib
Bakı/17.10.19/Turan: Bakıdakı 162 saylı məktəbin 8-ci sinif şagirdi, bu ilin aprelində intihar etmiş Elina Hacıyevanın anası Sevil Hüseynova prezident İlham Əliyevə müraciət edərək məktəbin keçmiş direktoru, bu iş üzrə ittiham olunan Sevinc Abbasovanın ədalətli cəzalandırılmasına yardımçı olmağı xahiş edib.
S.Hüseynova qeyd edib ki, onun qızı məktəbdə özünə qarşı rəftara tab gətirməyərək bu il aprelin 4-də həmin məktəbin üçüncü mərtəbəsindən özünü atıb.
Qız xəstəxanaya hec çatdırıldığı üçün iki gün sonra vəfat edib.
Prokuror keçmiş direktor üçün azadlığın 2,5 il məhdudlaşdırılması şəklində cəza istəyib.
"Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, 85 dəqiqə ərzində direktor kritik durumda olan uşaq üçün "təcili yardım" çağırmayıb və başqalarının bunu etməsinə mane olub. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qız xəstəxanaya hec çatdırıldığı üçün xilas emək mümkün olmayıb. Ancaq keçmiş direktorun barəsində ədalətli cəza çıxarılmır! Ananın harayına laqeyd qalmayın", - bəyanatda deyilir. -06D--
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz