Zümrüd Yağmur prokuroru onun ailəsini siyasi oyunlara alət etməməyə çağırıb
Bakı/17.10.19/Turan: Yazıçı Zümrüd Qəhrəmanlı (Yağmur) bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) nümayəndəsi Fuad Qəhrəmanlıdan şikayəti yoxdur. O, Baş Prokurorluğu F.Qəhrəmanlıya qarşı cinayət işini dayandırmağa çağırıb.
Ötən gün Baş Prokurorluq bildirib ki, müxalifətçinin xanımına və uşaqlarına zorakılıq tətbiq etməsi barədə böyük qızının bəyanatı ilə əlaqədar F.Qəhrəmanlıya qarşı cinayət işi açıb.
Z.Qəhrəmanlı (Yağmur) Facebook-da çıxış edərək onu və qızlarını "siyasi oyunlar"a alət etməməyə çağırıb.
"Hər kəs öz siyasi oyununu oynayır. Amma mən və qızlarım kiminsə məkrli oyunlarında ucuz şahmat taxtası deyil", - o, Facebook səhifəsində yazıb..
https://www.facebook.com/zumrud.yagmur
Sonradan Z.Qəhrəmanlı (Yağmur) baş prokuror Zakir Qaralovun adına ünvalanan bəyanatı dərc edib.
O bildirib ki, özü və qızlarının F.Qəhrəmanlıya qarşı şikayət və tələbləri yoxdur. O, cinayət işinə xitam verilməsini xahiş edib.
https://www.facebook.com/photo.php?fbid=10212837306727701&set=a.10202990057472624&type=3&theater
Z.Qəhrəmanlı (Yağmur) qeyd edib ki, hələ avqust ayında F.Qəhrəmanlıdan boşanmq üçün ərizə verib və hazırda Abşeron Rayon Məhkəməsində boşanma prosesi davam edir.06D-
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz