![Photo: UNDP Azerbaijan/ Dilara Umudova.](https://turan.az/resized/media/2019/main/101700022403-750-500-resize.webp)
Photo: UNDP Azerbaijan/ Dilara Umudova.
Qusar rayonunda yeni Qadın Resurs Mərkəzi açılıb
Bakı/17.10.19/Turan: Oktyabrın 17-də Qusar rayonunda yeni Qadın Resurs Mərkəzi açılıb. Qurum BMT İnkişaf Proqramı, BMT Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women), İsveçrə hökumətinin (İsveç İnkişaf və Əməkdaşlıq Agentliyi) əməkdaşlığının nəticəsində yaradılıb.
Layihə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə keçirilir.
Yeni Qadın Resurs Mərkəzi İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) tərəfindən maliyyələşdirilən "Cənubi
Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması 1 " layihəsi çərçivəsində kənd və rayon yerlərində qadınlar üçün yaradılan üç regional mərkəzdən biridir. Digər iki mərkəz Bakının Xəzər rayonunda və Sabirabadda açılıb.
637 min dollar dəyərində bu regional təşəbbüs üç il öncə başlayıb və 2021-ci ilədək davam edəcək.
Layihədə məqsəd qadınların, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir.
Qusar, Sabirabad və Bakının Xəzər rayonunda yaradılan Qadın Resurs Mərkəzləri əmək bazarı və digər baza məlumatlara çıxış imkanlarını asanlaşdıran rəqəmsal texnologiya ilə təchiz edilib. PwC şirkəti ilə razılaşmaya əsasən qadınların istehsal etdikləri mal və xidmətlərin reklamı, təşviqi və satışını daha səmərəli şəkildə həyata keçirmək məqsədilə xüsusi e-ticarət və e-marketinq imkanları təklif edəcək yeni bir veb platforma qurulacaq.
Layihənin digər iqtisadi tərəfdaşı Sobsan şirkətidir.
Üç Resurs mərkəzində 530-a yaxın qadın əməkdaşlığa cəlb edilib, BMT İnkişaf Proqramı Bakı ofisindən bildiriblər. 71D-
-
- Cəmiyyət
- 17 Oktyabr 2019 16:25
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz