Fəallar hesablarına hücumlar olduğunu bildirirlər
Bakı/25.04.20/Turan: Siyasi fəallar son günlər sosial şəbəkələrdəki hesablarına haker hücumları olduğunu və onlara təhdidlər daxil olduğunu bildirirlər. İctimai fəal Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, üç gündür Facebook, İnstagram, Gmail, Yahoo, hesab.az, Whatsapp, Linkedin, Uber, GPP və digər şəbəkələrdəki hesablarını sındırmaq cəhdləri olur.
"Mənim email-imi Armenian Passion saytında qeydiyyatdan keçiriblər. Bir saxta profildən mitinqlərə çağırışlar edilir. Bu zaman mənim nömrəmi yazırlar, gecələr isə gizli nömrələrdən zənglər daxil olur", deyə o bildirib.
Gənc fəal İlkin Rüstəmzadə də sosial şəbəkədə hesablarına daxil olan təhqirlər və xarici telefon nömrələrindən gələn təhdidlər barədə məlumat verib.
Fəallar bu təxribatların arxasında hakimiyyətin durduğundan şübhələnirlər.
Öz növbəsində, Rabitə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, şikayəti olan varsa, yazılı müraciət etməlidir.
"Rəsmi qaydada Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etmək lazımdır və məlumat yoxlanılmalıdır. Elə məsələlər var ki, onlara yalnız araşdırmadan sonra cavab vermək olar. Sosial şəbəkələrdəki hesablar beynəlxalq platformalardadır. Onlara müraciət etmək üçün bizim əlimizdə vətəndaşların müraciətləri olmalıdır", deyə Gözəlova bildirib. -21B06-
-
- Sual-cavab
- 25 Aprel 2020 12:52
-
- Cəmiyyət
- 25 Aprel 2020 14:05
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz