Koronavirusa yoluxanların yarısından çoxu Bakının payına düşür
Bakı/25.04.20/Turan: Azərbaycanda koronavirusa yoluxanların yarısından çoxu Bakıdadır. Bu barədə dünənki mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Belə ki, koronavirusa yoluxan şəxslərin 52,1%-i Bakı üzrə qeydə alınıb. Bakının rayonlarında xəstəliyə yoluxanların statistikası aşağıdakı kimidir: Yasamal rayonu - 22,43%, Sabunçu rayonu - 12,2%, Nəsimi rayonu - 11,15%, Binəqədi rayonu - 11,37%, Nizami rayonu - 5,11%, Xətai rayonu 5,31%, Nərimanov rayonu 6,27%, Suraxanı rayonu - 5,11%, Xəzər rayonu - 4,53%, Qaradağ rayonu - 3,02%, Səbail rayonu - 2,3%, Pirallahı rayonu - 4,53%.
Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16%, Aran zonasında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə- Qazax zonasında 7,62%, Quba-Xaçmazda 2,4%, Qarabağ zonası 1,07%, Şəki- Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda 0,27% təşkil edib.
Virusa yoluxanların yaş strukturuna gəlincə, bu şəxslərin 5%-i 0-9 yaş arası uşaqlar, 6%-i 10-19, 14%-i 20-29, 18%-i 30-39, 16%-i 40-49, 22%-i 50-59, 13%-i 60-69, 4%-i 70-79, 2%-i isə 80 yaşdan yuxarı olan şəxslərdir. 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.
Bayramlının sözlərinə görə, xəstəliyə yoluxanların 64%-i sağalıb.
Öz növbəsində, səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, ölkə ərazisinin 25%-də risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
3 mindən çox insan karantindədir.
Aprelin 24-nə olan məlumata görə, hazırkı dövrədək ölkədə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb. -06B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz