koronavirusinfo.az
İkinci gündür ki, yoluxanların sayı 6 min nəfəri ötür
Bakı/03.02.22/Turan: Ötən sutka ərzində Azərbaycanda koronavirusa yoluxmuş 6 mindən çox şəxs qeydə alınıb.
Bugünkü rəqəm 6 113-dür. Bununla yanaşı, 2 267 nəfər müalicə olunub, 18 nəfər vəfat edib. Bu barədə fevralın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Pandemiya dövründə ölkədə yoluxmuş şəxslərin ümumi sayı 676 426 nəfər olub. Onlardan 633-ü müalicə olunub, 8 797-i vəfat edib. Aktiv xəstə sayı 33 635 nəfərdir.
Son sutkada 17 272 test keçirilib. -02D-
-
- Cəmiyyət
- 3 Fevral 2022 15:22
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz